DAK Milli Hökumətin 65-ci ildönümü münasibətilə dəyirmi masa keçirəcək

img

23-11-2009 [03:40]


Dekabrın 10-da Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığıyla 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulmuş Güney Azərbaycan Milli Hökumətinin 65-ci ildönümü münasibətilə dəyirmi masa keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, quzeyli-güneyli tələbələr iştirak edəcəklər. Dəyirmi masada 21 Azər Hərəkatının mahiyyəti, Milli Hökumətin həyata keçirdiyi və gerçəkləşdirə bilmədiyi islahatlar, bu hərəkatın Güney Azərbaycan Milli Hərəkatına verdiyi töhfələr və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA