Azay Quliyev Avropa iqtisadi və Sosial Komitəsinin hazırladığı rəyə iradlarını bildirdi

img

23-11-2009 [03:30]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) rəyi üzrə məruzəçi cənab Andrey Adamçikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müstəqil İnformasiya Agentlşiyinin xəbərinə görə, şuranın ofisində keçən görüşdə A.Quliyev AİSK-in Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan üzrə hazırladığı rəyin vətəndaş cəmiyyətinə aid bəzi müddəalarına irad bildirdi. Belə ki, Şura sədri rəydə ölkə QHT-lərinin müstəqil fəaliyyət göstərməsi və Milli QHT Forumunun yaradılması haqqında yazılan qeyri-dəqiq məlumatlara, son illər dövlətin QHT sektorunun inkişafı üçün atdığı ciddi addımların qeyd olunmamasına irad bildirib. A.Quliyev, həmçinin, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunun yaradılması prosesində şəffaflıq və aşkarlıq amillərinin yetərincə gözlənilmədiyini qonaqların diqqətinə çatdırıb. Qonaqlar gələcəkdə bu tipli hesabat və rəylərin hazırlanmasında Şuranın da mövqeyini öyrənəcəklərini bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA