ETSN Kür və Araz çaylarının çirklənmə səviyyəsi ilə bağlı monitorinqin nəticələrini açıqlayıb

img

23-11-2009 [03:09]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi üzrə noyabrın II ongünlüyü apardığı monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ayın II ongünlüyündə Kür çayında suyun sərfi noyabrın I ongünlüyünə nisbətən saniyədə 56 kubmetr azalaraq, 186 kubmetrə düşüb. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıb. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Ermənistan ilə transsərhəd olan Araz çayında isə suyun sərfi saniyədə 225 kubmetr olmuşdur. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,52-6,55 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA