DSMF sədri Avropa iqtisadi və Sosial Komitəsinin nümayənləri ilə görüzüb

img

23-11-2009 [01:55]


Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) nümayəndə heyəti ilə görüş keçirilib. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə AİSK ?in məruzəçisi, Polşa Solidarnost Həmkərlar Təşkilatının beynəlxalq katibi Andrzej Adamczyk, AİSK-in işçi qrupunun rəhbəri, Rumıniya Sənayeçilər baş konfederasiyasının icraçı sədri Marius Eugen Opran, AİSK-in üzvü, Polşa İstehlakçılar federasiyasının beynəlxalq işlər bölümünün rəhbəri xanım Elzbieta Szardzinska və AİSK-in Xarici münasibətlər bölməsinin katibliyinin əməkdaşları daxildir. Qonaqlara DSMF-nin müasir tələblərə uygun qurulan iş şəraiti ilə baglı ətraflı məlumat verilib. Fondun sədri Səlim Müslümov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli qurulub. Bu modelin əsas tərkib hissəsi olan sığorta-pensiya sistemi 2009-cu ildən etibarən öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə ki, bu mərhələni sistemin özü-özünü tənzimləyən və müstəqil gələcək inkişafına nail olunmasını ifadə edən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı? müəyyənləşdirir. Dövlət Proqramında Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya və dıgər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması üçün tədbirlərin görülməsi də əksini tapıb: ?Ötən dövr ərzində DSMF Avropa İttifaqı ölkələri ilə həm birbaşa, həm də Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində təcrübə, dialoq və əməkdaşlıq mübadiləsini davam etdirib. Avropa ölkələrinin sığorta-pensiya qurqumlarından daxil olan müraciətlər üzrə vətəndaşların pensiya hüquqlarının təmin edilməsi ilə bağlı müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üzrə zəruri ikitərəfli münsibətlərin tənzimlənməsi tədbirləri həyata keçirilib?. DSMF sədri həmçinin nəzərə çatdırıb ki, ölkəmizdə Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də məcburi dövlət sosial sığortası ilə əhatə olunur. Bu gün fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 945 nəfər təşkil edir. ?01.11.2009-cu il tarixə olan statistikaya əsasən Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı cari ilin əvvəli ilə müqayisədə 126 528 nəfər artaraq 1.617 975 nəfərə çatmışdır?. S.Müslümov görüşdə sığorta - pensiya sisteminin inkişafı üçün bir sıra parametrlərin mövcudluğundan və qarşıda duran əsas vəzifələrdən də danışıb. Bu vəzifələrdən biri orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə olan nisbəti ilə bağlıdır. Belə ki, yaxın gələcəkdə bu nisbət Sosial Xartiyada nəzərdə tutulan 40 faizə çatdırılmalıdır. Görüşdə DSMF sədri qonaqları maraqlandıran dıgər məsələlərə də aydınlıq gətirib. Nümayəndə heyəti Azərbaycanda Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatı istiqamətində görülən işləri müsbət qiymətləndiriblər. Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi AİSK-in ?Cənubi Qafqaz ölkələri- Azərbaycan, Gürcüstan və Ermənistanda vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planlarının həyata keçirilməsinə cəlb edilməsi? adlı rəyinin Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarına təqdim edilməsindən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA