DYP əməkdazlarının fəaliyyəti narazılıq yaratdı

img

21-11-2009 [06:32]


gn=left]2010/qub-1.jpg[/libt] ?Göyçay rayonunun bir qrup sakini bələdiyyə seçkilərində qanunsuzluqla bağlı mənə müraciət etmişdilər. Onlara məxsus avtomobillə Nizami rayonu, Qara Qarayev prospektində olarkən, qanunsuz sayılmayan yerdə maşını saxlayıb, şikayətçilərlə görüşəcəkdik. Lakin şikayətçilərlə görüşüb geriyə qayıdanda gördük ki, bizə məxsus avtomobili aparıblar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərov deyib. Bu hadisəni görən hüquq müdafiəçisi avtomobilin oğurlandığını düşünüb: ?Sonra müəyyən olundu ki, Nizami rayon Dövlət Yol Polisinin əməkdaşları evakuasiya ilə bizim avtomobili aparıb. Biz ora gedəndə dəhşətli mənzərinin şahidi olduq. Belə ki, qapı bağlı idi və içəridə yüzlərlə maşın var idi. Bundan əlavə, orada olduğumuz müddətdə evakuatorla xeyli sayda avtomobillər gətirirdilər. Biz əvvəlcə polis əməkdaşlarından qapını açmalarını xahiş etdik. Polis əməkdaşları isə vətəndaşları bir-bir içəri buraxıb, onlardan rüşvət alaraq, avtomobilləri geri verirdilər. Qeyd edim ki, bizim avtomobilin içərisində mənə məxsus gödəkcə, onun içərisində 500 manat pul və təşkilata məxsus sənədlər var idi. Buna görə də orada baş vermiş bütün prosesləri fotoya almağa başladım. Orada olan polkovnik-leytnant məni içəri dəvət edərək, məsələni aydınlaşdırmaq istədi. Mən də hüquq müdafiəçisi olduğumu, avtomobilin içərisində mənə məxsus gödəkcə, onun cibində isə 500 manat pul və təşkilata məxsus sənədlərin olduğunu bildirdim. O isə mənə qarşı kobudluq edərək ?Get, kimə şikayət edirsən et, mən vəkil oğluyam. Bizim arxamızda duran və bu vəzifəyə qoyan oğlan bizə deyib ki, istədiyimizi edə bilərik?,-dedi. Mən dərhal Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladım və ona bütün başıma gələn hadisələri və qanunsuzluqlar barədə məlumat verdim?. Hüquq müdaifəsinin sözlərinə görə, baş verən qanunsuzluqdan sonra dərhal Nizami rayon Prokurorluğuna gedib. Lakin orada heç kəs olmadığından yenidən cərimə zonasına qayıdıb: ?Mən həmin polis zabitinə etdikləri hərəktlərin qanunsuz olduğunu bildirdim. Tələb etdim ki, heç olmasa, mənə məxsus olan gödəkcə, pulu və sənədləri götürməyim üçün şərait yaratsınlar. Lakin buna şərait yartmadıqlarına görə, hazırda kostyumla evə qayıtmalı oldum. Hətta mənim qarşımda şərt qoydular ki, əgər heç yerə şikayət etməsəm, mənə məxsus olanları qaytaracaqlar. Nəzərinizə çatdırım ki, baş verən qanunsuzluğa görə, dərhal Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa teleqram vurdum. Orada olan sürcülər mənə danışdılar ki, təxminən 100-150 manat rüşvət alandan sonra avtomobili verirlər?. V.İsgəndərov onu da bildirib ki, baş verən hadisə ilə bağlı sabah ölkə başçısına, DİN-ə və MTN-ə də məlumat verəcək. Hüquq müdafiəçisi Vidadi İsgəndərov redaksiyamıza zəng vuraraq bildirib ki, polis əməkdaşları tərəfindən ona məxsus olan gödəkcə,pul və təşkilatın sənədləri evinə gətirilərək təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA