Azay Quliyev Avrasiya Əməkdazlıq Fondunun nümayəndə heyətilə görüzüb

img

21-11-2009 [01:10]


Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avrasiya Əməkdaşlıq Fondunun prezidenti George Zarubinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, şura sədri Azay Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün QHT-lərə hərtərəfli dəstək məqsədilə yaradılmış Şuranın keçirdiyi maliyyə müsabiqələri, beynəlxalq təşkilatlarla əlaqələri və müştərək layihələri haqda danışaraq qonaqlara ətraflı məlumat verib. Bu məlumatlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanda QHT və özəl sektor, QHT və vətəndaşlar arasında əlaqələrin dərinləşdirilməsi məqsədi ilə xeyriyyəçilik fəaliyyəti və sosial tərəfdaşlıq məsələlərini tənzimləyən qanunverici bazanın hazırlanmasında birgə fəaliyyət, gənclərlə əlaqədar birgə proqramların reallaşdırılması, Şuranın strateji planlarının hazırlanmasına köməklik, Azərbaycanda QHT-lər üçün yeni standartlar və davranış etikasının formalaşdırılmasında Şuraya dəstək verilməsi və digər əməkdaşlıq məsələləri üçün Fond və Şura təmsilçilərindən ibarət işçi qrupun yaradılması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA