Azərbaycanda ?donuz qripi?nə yoluxan sonuncu xəstə bu gün evə buraxılacaq

img

21-11-2009 [12:36]


Bu gün Azərbaycanda ?donuz qripi?nə yoluxan sonuncu xəstənin evə buraxılacaq. Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə edilən şəxs bu gün sonuncu dəfə həkim müayinəsindən keçəcək. Xatıqladaq ki, Azərbaycanda cəmi 14 nəfərdə ?A H1N1? virusu aşkarlanıb. Onardan ikisi iyul ayında, qalanları isə noyabrda qeydə alınıb. Onların arasında ölüm halı qeydə alınmayıb. Xəstələr hamısı müalicə edilərək evə buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA