Almaniyada Azərbaycan və Türkiyə diasporunun birgə toplantısı keçiriləcək

img

21-11-2009 [02:07]


#305;n 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan?Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan?Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası üç paneldən ibarət olacaq. Bunlar ?Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və ortaq problemlər?, ?Azərbaycan və Türkiyənin qloballaşan dünyaya inteqrasiyası: reallıqlar, problemlər və perspektivlər? və ?Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlığın müasir inkişaf səviyyəsi və perspektivləri? mövzularıdır. Regionda baş verənlərə dair Azərbaycan və Türkiyə diasporlarının mövqeyinin daha geniş miqyasda ifadə olunmasını zəruri sayan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə keçiriləcək ikigünlük toplantıda Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan?Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvlərilə yanaşı, Azərbaycanın dövlət rəsmiləri və millət vəkillərinin iştirakı nəzərdə tutulub. Eyni zamanda tədbirdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə də iştirak edəcəklər. Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tərəfindən konfransa dəvət olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA