MSK Müsavat Partiyasının zikayətini əsassız hesab edib

img

20-11-2009 [07:00]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, iclasda Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın namizədlərinin qarşılaşdıqları qanun pozuntuları ilə bağlı şikayəti müzakirə edilib. Çıxış edən MSK katibi Natiq Məmmədov bildirib ki, şikayət ərizəsində Naxçıvan Muxtar Respublikasında yerləşən seçki dairələrində, 21 saylı Nəsimi, 23 saylı Nəsimi Səbail, 73 saylı Lənkəran, 110 saylı Zaqatala və digər seçki dairələrində namizədlərə qarşı qanun pozuntularını olması, onlara öz namizədliklərini geri götürməsi üçün təzyiqlərin olduğu öz əksini tapıb. MSK katibinin sözlərinə görə, şikayət ərizəsində göstərilən bütün seçki dairələri üzrə araşdırmalar aparılıb və qeyd olunanların heç biri öz təsdiqini tapmayıb: ??Araşdırma zamanı Gülağa Aslanlı ilə əlaqə saxlanılıb, əlavə sübutlar tələb olunub. Amma Gülağa Aslanlı əlavə sübutların olmadığını bildirib və həmçinin araşdırmada iştirakdan imtina edib?. İclasda iştirak edən G.Aslanlı isə bildirib ki, şikayət ərizəsində göstərilənlər hamısı həqiqətdir. MSK üzvləri Müsavat Partiyasının şikayətini əsassız hesab ediblər. [center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA