Goranboyda məcburi köçkünlər üçün salınmız yeni qəsəbənin açılız mərasimi olub

img

20-11-2009 [04:52]


Noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısına məlumat verilib ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilib. Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Bura uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub. Dövlət başçısı qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışına da qatılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA