Prezident ilham Əliyev Goranboya səfər edib

img

20-11-2009 [01:32]


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Goranboya səfər edib. Ölkə başçısı ilk olaraq Heydər Əliyevin rayondakı abidəsini ziyarət edib. Sonra ictimaiyyət nümayəndələri ilə görüşən prezident, bunun ardından Heydər Əliyevin adını daşıyan, yenidən qurulan parkla, burada əhalinin istirahəti üçün yaradılan şəraitlə tanış olub. Səfərin davamında ölkə başçısı Goranboyun Veyisli kəndində Kəlbəcərli məcburi köçkünlər üçün salınan 596 ailəlik yeni qəsəbədə olub. Burada məcburi köçkünlərlə söhbət aparıb. Prezident İlham Əliyevin Goranboya səfəri ?Lalə Tekstil? müəssisəsi ilə tanışlıqla davam edib. Ölkə başçısı ?Goranboy? otelinin açılışını da edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA