Rəsmi Bakı Azərbaycanda PKK-nın 8 min tərəfdarının olması ittihamına cavab verməlidir

img

19-11-2009 [05:18]


Türkiyədə nəşr olunan ?Aksiyon? jurnalı Azərbaycanda yaşayan kürdlər üzərində PKK-nın güclü nəzarəti olduğunu yazıb. Hətta iddia edilir ki, Azərbaycanda PKK-nın nəzarətində olan 8 min kürd var. Keçmiş millət vəkili, politoloq Cümşüd Nuriyev isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, Azərbaycanda kürd faktorunun olması danılmazdır. Çünki vaxtiylə Azərbaycanın Laçın, Qubadlı və Kəlbəcər rayonlarında kürdlər yaşayıb, eyni zamanda Ermənistandan gələn qaçqınlar arasında da xeyli sayda müsəlman kürdlər ölkəmizə gəliblər. Onların sayı təxminən 200 minə qədərdir. Politoloq bildirib ki, bunların arasında PKK-çıların olması şübhə doğuran məsələdir. Onun sözlərinə görə, ?Aksiyon? jurnalındakı məqalə Türkiyə mətbuatının yazdığı provakasiya da ola bilər: ?Əvvəla, həmin jurnal konkret mənbə göstərməlidir ki, Azərbaycanın hansı ərazilərində kürdlər mövcuddur. Bəli, Dağlıq Qarabağın ərazisində PKK-çıların olması danılmaz faktdır və onlar ermənilərlə bir yerdə hərbi təlimlər keçirlər. Bunu ölkənin hüquq-mühafizə orqanları da sübut ediblər və belə bir məlumat Türkiyədə də var. Hesab edirəm ki, türkiyəli jurnalistin belə bir iddianı qaldırmasının arxasında başqa səbəblər mövcuddur. Çünki hazırda Türkiyədə ?kürd açılımı? məsələsi gündəmə gəlib?. C.Nuriyev Azərbaycanda PKK-nın nəzarətində olduğu iddia edilən kürdlərin həmin terror qurumu tərəfindən silahla təmin edilmə ehtimalını da inandırıcı saymır: ?Ümumiyyətlə, Azərbaycanda kürdlərin olması PKK-nın mövcudluğu demək deyil. Düzdür, toplum şəkildə kürdlər indi Göygöl rayonu ərazisində və Bakı ətrafında çoxluq təşkil edirlər. Bundan əlavə, dəqiq rəqəmin göstərilməsi də Azərbaycanın təhlükəsizliyinə toxunan məsələdir. Bu, həm də o deməkdir ki, ölkəmizin hüquq-mühafizə orqanları işləmir, xüsusən də bu məqalə ilə MTN və DİN-nin fəaliyyəti üzərindən xətt çəkilir. Ona görə də Xarici İşlər Nazirliyi məsələ ilə bağlı mütləq bəyanat verməlidir?. C.Nuriyev onu da bildirib ki, ölkəmizdə 8 min PKK tərəfdarının olması ilə bağlı iddia Türkiyə-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərə bilər. Çünki Türkiyə PKK problemini həll etmək istəyir və belə bir məqamda Azərbaycanın guya öz ərazisində PKK-çılara sığınacaq verməsi inandırıcı deyil: ?Terrordan əziyyət çəkən bir dövlət terrorçunu öz ölkəsində hansı məntiqlə saxlaya bilər? Əgər onlar Dağlıq Qarabağı nəzərdə tuturlarsa, bu, başadüşüləndir. Çünki onlardan həm Türkiyəyə qarşı istifadə oluna bilər, həm də vaxtilə Azərbaycana qarşı istifadə edilib. Qarabağda 1993-cü il döyüşlərində Azərbaycana qarşı vuruşanların arasında PKK-çılar da olmuşdu. Bundan əlavə, 1994-95-ci illərdə Bakıda törədilən terrorda əsasən ?Sadval?çılardan istifadə edilib?. Politoloqun qənaətincə, PKK-çıların Gürcüstandan Azərbaycana gələrək, terror törətmə ehtimalı da çox yüksəkdir: ?Lakin rəsmi Bakı ?Aksiyon?dakı ittihama kəskin reaksiya verməsə, deməli, jurnalist düz yazıb. Belə olduğu halda isə yaxın zamanlarda Azərbaycanı da İran kimi terroru dəstəkləyən ölkə siyahısına sala bilərlər?. Politoloqun, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mütləq bəyanat verməsini səsləndirməsinə gəlincə, XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov MİA-ya açıqlamasında deyib ki, ?Aksiyon? jurnalında dərc olunan məqalə ilə bağlı məlumatsızdır: ?Bizə həlilik bu məlumat daxil olmayıb və daxil olacağı təqdirdə, hansısa bəyanat vermək mümkündür. Belə bir məlumatın doğru olub-olmamasına gəlincə, bunlar bizim səlahiyyətlərimizdən kənar məsələdir. Hələki bu ittihamlar rəsmi səviyyədə deyil, sadəcə, mətbuat səviyyəsindədir. Bu isə dövlətlərarası münasibətlərdə heç vaxt öz yerini tapmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA