Hüquq müdafiəçiləri çingiz Qənizadənin müdafiəsinə qalxdı

img

19-11-2009 [05:04]


Hüquq Müdafiə təşkilatlarının Monitorinq Qrupunun üzvləri birgə bəyanatla çıxış ediblər. Qrupun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda son vaxtlar hüquq müdafiəçisi Çingiz Qənizadəyə qarşı bəzi qəzetlərdə qərəzli yazılar yer almasına etiraz edilir. Bəyanatda qeyd olunur ki, həmin qəzetlərə müraciətlərin edilməsin baxmayaraq, onlar Çingiz Qənizadənin fikrlərini öyrənmədən birtərəfli məlumat yayır. Monitorinq qrupunun üzvləri bəyan ediblər, onlar məsələlərə və faktlara münasibətdə hüquq normalarını, əxlaqi dəyərləri, sivil mübarizə və münasibətləri əsas tuturlur: ?Biz nəticəyə nail olmaq üçün şoular düzəltmək, səs-küy salmaq və boş bəyanatlar verməkdənsə, daha səmərəli, sivil və hüquqi müstəvidə mübarizə ilə çalışmağı məqsədəuyğun sayırıq?. Bəyanatı hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA