Prezidentlərin görüzü Dağlıq Qarabağ münaqizəsinin həlli üçün formal xarakter dazıyır

img

19-11-2009 [02:50]


?Əgər sülh danışıqları gedirsə və nazirlər səviyyəsində heç bir razılıq əldə edilmirsə, qərar qəbul edə bilən yeganə şəxslər prezidentlərdir. Hesab edirəm ki, prezidentlər görüşüb mövqelərinin nə dərəcədə uyğunlaşıb-uyğunlaşmadığını müəyyənləşdirməlidirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan və Ermənistan prezidentlərinin Münhendə planlaşdırılan Dağlıq Qarabağ problemi ilə bağlı növbəti görüşünə münasibət bildirərkən deyib. Politoloqun fikrincə, indiki şəraitdə prosesin həlli üçün prezidentlər arasında görüşlər bir o qədər səmərə verə bilməz: ?Nəzərinizə çatdırım ki, Minsk Qrupunun həmsədrləri olan dövlətlər Ermənistanı silah, pul və siyasi dəstəklə təmin edirlər. Azərbaycana qarşı isə şərt irəli sürürlər ki, onlara haqsızlıqlarla bağlı müraciət etməsin. Eyni zamanda bildirirlər ki, tərəflər danışmalıdırlar. Hesab edirəm ki, bu, bilərəkdən münaqişənin uzadılmasına və ya ədalətsiz həllinə yol açır. Davamlı və ədalətli sülhün olması üçün Qərb öz mövqelərində dəyişikliklər etməlidir. Belə olmayacağı təqdirdə, vətəndaş cəmiyyətləri, diplomatlar, hətta perzidentlərin görüşləri də nəticə verməyəcək?. Z.Əlizadə onu da bildirib ki, əgər mövqelər uyğunlaşdırılarsa, təbii ki, belə görüşlərin müsbət nəticəsi ola bilər: ?Amma hazırda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün formal xarakter daşıyır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA