DAK-ın Rusiya nümayəndəliyi dövlət qeydiyyatına alındı

img

19-11-2009 [02:18]


Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya nümayəndəliyinin müraciətini müsbət cavablandırıb. DAK-ın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ədliyyə qurumu bütün sənədlərin qaydasında olduğunu bildirərək, konqresin yerli şöbəsinin dövlət qeydiyyatına alınması barədə qərar verib. Xatırladaq ki, DAK-ın Rusiya nümayəndəliyi uzun illərdir təsis olunub. Ancaq indiyədək qeydiyyatsız fəaliyyət göstərirdi. Məhz DAK həmsədrliyinə Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədrliyinə Əjdər Tağızadə gətirildikdən sonra DAK İdarə Heyətinin Rusiyadan olan üzvləri ? DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırov, Mirəşrəf Fətiyev, Rəhman Abbasov, Tahir Hacıyev və digər soydaşlarımızın ciddi səyləri nəticəsində bu sahədə də müsbət irəliləyiş əldə olunub. Hazırda DAK-ın Rusiya nümayəndəliyinin sədri konqresin İdarə Heyətinin üzvü Mirəşrəf Fətiyevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA