Deputat Qüdrət Həsənquliyevin çantası hava limanında itib

img

19-11-2009 [01:16]


Dünən NATO Parlament Assambleyasının 55-ci sessiyasının iclasından ?bmi? şirkətinin 929-cu reysi ilə həmkarı Zahid Oruc və Milli Məclisin bölmə müdiri Rəhim Axundov ilə birgə Bakıya qayıdan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin çantası Heydər Əliyev Hava Limanında itirilib. BAXCP-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ?VİP? salonunun əməkdaşı çantanın itməsi barədə Qüdrət Həsənquliyevə məlumat verəndən sonra 1 saata qədər gözlədilən BAXCP sədri onun ?bmi? şirkətinin əməkdaşı ilə tezliklə əlaqəsinin yaradılmayacağı təqdirdə mətbuat konfransı keçirəcəyini və Azərbaycan dövlətçiliyini aşağılayan bu hərəkətlər barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edəcəyini bildirib. Yalnız bundan sonra salonun əməkdaşı mobil telefonla kiminləsə əlaqə saxlayaraq, ?bmi? şirkətinin Elman adlı əməkdaşı ilə Qüdrət Həsənquliyevi görüşdürüb. ?VİP? salonunun əməkdaşlarının hərəkətləri Qüdrət Həsənquliyevə əsas verib ki, çantasının yoxa çıxması faktının 11 noyabr 2009-cu il tarixdə büdcə layihəsinin müzakirəsi zamanı ?AZAL? prezidentinin ünvanına səsləndirdiyi tənqidi fikirlərlə əlaqədar ola biləcəyindən şübhələnsin. BAXCP sədri baş verənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA