Qeyri-sabit hava zəraiti bir neçə gün də davam edəcək

img

19-11-2009 [01:06]


Qeyri-sabit hava şəraiti bu həftəsonu da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarmadasında hava buludlu olacaq. Gündüz havanın arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyinə keçəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 5-7? isti, gündüz 10-12? isti olacaq. Noyabrın 21-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7? isti, gündüz 8-10? isti olacaq. Noyabrın 22-də havanın buludlu olacağı, gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyinə keçəcək. Azərbaycanın rayonlarında noyabrın 20-də yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-8? isti, gündüz 10-14? isti, dağlarda gecə 1-3? şaxta, gündüz 2-6? olacaq. Noyabrın 21-22-də arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, 21-də arabir güclənəcək. Havanın temperaturu gecə 4-8? isti, gündüz 8-12? isti, dağlarda gecə 2-4? şaxta, gündüz 1-3? isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA