Bakıda Almaniya Pensiya Sığortası idarəsi ilə DSMF-nin birgə təzkil etdiyi seminar öz izinə bazlayıb

img

18-11-2009 [03:50]


Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkil etdiyi sayca 11-ci seminar öz işinə başlayıb. Dövlət Sosial Müdafiə Fondunun Ictimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məllumata görə, iki gün (18-19 noyabr) davam edəcək seminarda iştırak etmək üçün Almaniya Pensiya Sığortası İdarəsinin Təftiş komissiyasının sədri Henrix Matevin Azərbaycana səfərə gəlib. Seminarda H.Matevin ?Təftiş komissiyası. Təftiş komissiyasının məqsəd və fəaliyyəti?, ?Federal Sığorta Xidmətinin məqsəd və fəaliyyəti? mövzularında təqdimatla cıxış edəcək. H.Matevinin Bakıya səfərı cərcivəsində keçirəcəyi görüşlərdə Almaniya Pensiya Sığortası İdarəsi və DSMF arasında gələcək əməkdaşlıq məsələlərı diqqət mərkəzində olacaq və qarşılıqlı maraq doğuran sahələrdə hər iki ölkənin təcrübəsi öyrəniləcək. Xatırladaq ki, DSMF-nin nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı bu qurumlar arasında ikitərəfli saziş imzalanıb. Saziş 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutur. Buna qədər müxtəlif mövzulu 5 seminar Almaniyanın Berlin şəhərində, 5 seminar isə Bakı şəhərində təşkil olunub. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində və keçirilən birgə seminarlarda sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının yığımı sahəsində hüquqi tənzimləmə mexanizmləri, bu sahədə mövcud olan qanunvericilik, sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası, insan resurslarının idarə edilməsi, aktuar hesablamaların tədqiqi və s. məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA