Misir Mərdanov: "Məktəblərdə dezinfeksiya izləri hal-hazırda davam etdirilir"

img

18-11-2009 [12:37]


"Hələlik A/H1N1 virusu (?donuz qripi?) ilə bağlı təhsil müəssislərində dezinfeksiya işləri başa çatmayıb. Hazırda da bu istiqamətdə işlər görülür". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov onu da bildirib ki, dezinfeksiya işləri hal-hazırda davam etdirilir: "Bu istiqamətdə Səhiyyə Nazirliyi və digər qurumlarla ciddi əlaqələr qurulub. Səhiyyə Nazirliyi ?donuz qripi? ilə bağlı xüsusi plakatlar hazırlayaraq Təhsil Nazirliyinə təqdim edib. Bu plakatlar şagirdlər arasında maarifləndirməni daha da artırmaq üçün məktəblərə çatdırılacaq. Hər kəs bu virusdan qorunmaqla bağlı məlumat ala biləcək?. Orta məktəblərdə qoruyucu maskalar taxmağa gəlincə, nazir bunun məcburi olmadığını nəzrə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA