Bakı Metropoliteninin rəisi Tağı Əhmədov yenə də gediz haqqından danızdı

img

18-11-2009 [12:14]


Bakı Metropolitenində gediş haqqı qiymətləri qaldırılandan sonra sərnişinlərin sayı 10 faizədək azalıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov səsləndirib. T.Əhmədovun sözlərinə görə, sərnişinlərin sayında azalmaya baxmayaraq, bəzi stansiyalarda sıxlıq hələ də davam edir. Metropoliten rəisi onu da vurğulayıb ki, ?Elmlər Akademiyası? və ?Sahil? stansiyalarındakı sərnişin sıxlığı bəzi əlavə tədbirlərin görülməsi zərurətini yaradır: "Yaxın vaxtlarda əhalinin gediş-gəlişinin sıx olduğu stansiyalarda pik vaxtlarda əlavə stansiyalardan istifadə olunacaq. Bunun üçün Bakıda 4 cərgəli stansiyalar da tətbiq olunacaq. Düşünürəm ki, bu eskalatorların tətbiqi sərnişin sıxlığını aradan qaldıracaq?. Yeni ildən metroda gediş haqqının 20 qəpiyə qaldırılacağı barədə verilən suala cavablandırıb: ?Mən qiymət qaldıran deyiləm. Ancaq Tarif Şurasının təyin etdiyi qiymətə əsasən iş aparıram. 12 il 5 qəpiklə işlədik, bu il oktyabrın 1-dən isə qiymətlər 15 qəpik oldu. Qiymət 10, 20 lap pulsuz da olsa, mən o qərar əsasında işləyəcəyəm. Mən Metropoliteninin rəisiyəm, Tarif Şurasının sədri deyiləm. Biz Tarif Şurasına hər kvartalda sərnişin daşınmasının neçəyə başa gəlməsi barədə məlumat veririk. Sonrakı addımı isə Tarif Şurası müəyyən edir. Onu da deyim ki, hazırda bir sərnişinin daşınma qiyməti 49,2 qəpikdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA