Masallı sel sularına qərq olub

img

18-11-2009 [12:03]


Masallı rayonuna yağan güclü yağış ciddi problemlərə səbəb olub. Dünən səhər saatlarından başlayaraq cənub bölgəsinə yağan intensiz yağışlar nəticəsində Masallı rayonu sel sularına qərq olub. Müstəqil İnformesiya Agentliyinin xəbərinə görə, rayonun Cəlilabadla sərhəddə yerləşən kəndlərində xeyli sayda su altında qalıb. Həyətlərdə sel suyun hündürlüyü 1 metrə qədər yüksəlib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyev hadisə yerində olub. Komissiya sədri sel nəticəsində əhaliyə və qəsəbəyə dəymiş ziyanın müəyyən edilməsi və problemin aradan qaldırılması istiqamətində işlərin həyata keçirilməsi üçün göstəriş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA