Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib

img

17-11-2009 [07:44]


[/left] Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib. İclasda gündəliyə daxil olan 5 məsələ müzakirə olunub. İclası giriş sözü ilə açan Komitənin sədri Hadı Rəcəbli gündəliyə daxil olan məsələlər haqqında məlumat verib. İclas zamanı müzakirə olunan məsələ 2009-cu il mart tarixli referendum nəticəsində qəbul edilən ?Azərbaycan Respublikasının referendum aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi olub. Belə ki, qanunda yer alan ailə və əmək məcəlləsinə əlavə və dəyişikliklər edilib. Gündəliyə daxil olan ikinci və üçüncü məsələ haqqında məlumat verən Hadı Rəcəbli öz təklif və fikirilərini bildirib. Tədbir zamanı müzakirə olunan məsələlər sırasına daxil olan YUNİSEF-lə gələcək əməkdaşlıq perspektivlərinin bəzi aspektləri məsələsi haqqında isə qurumun Azərbaycandakı nümayəndəsi Rəşid Mustafa Komitə ilə iş birliyindən geniş danışıb. O bildirib ki, indiyə qədər Komitə ilə birgə müxtəlif layihələr həyata keçirilib. O çıxışında komitə ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib. İclas zamanı komitə üzvləri məsələlərə dair öz fikrilərini söyləyiblər. Sonda gündəliyə daxil olan məsələlər Milli Məclisin müzakirəsinə tövsiyyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA