Azay Quliyev Yaponiya səfirinin müavini ilə görüzüb

img

17-11-2009 [07:27]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Yaponiyanın ölkəmizdəki səfirinin müavini Toşikazu Muto ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, şuranın ofisində keçən görüşdə A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib. Azərbaycan QHT-ləri ilə uzun müddətli əməkdaşlıq təcrübəsinə malik olan T.Muto Yaponiya səfirliyinin bundan sonra da QHT-lərlə əməkdaşlığa önəm verəcəyini bildirib. Görüşdə Şura ilə səfirlik arasında birgə əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi haqda razılıq əldə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA