ilham Əliyev və Serj Sarkisyanın növbəti görüzü Almaniyada ola bilər

img

16-11-2009 [05:58]


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşünün Almaniyanın Münhen şəhərində keçiriləcəyi gözlənilir. Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona yenidən səfər edəcəklər. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı baza prinsiplərinin razılaşdırılması üçün müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər. Onlar həmsədrlərin noyabrın sonuna kimi növbəti dəfə görüşü təşkil etmək təklifini qəbul ediblər. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub ki, görüşün yeri və vaxtı müəyyənləşdiriləcək. E. Məmmədyarov isə bildirib ki, görüş Avropa şəhərlərindən birində keçirilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA