Qurban Bayramında irsi qan xəstəliklərindən əziyyət çəkən uzaqlara qan veriləcək

img

16-11-2009 [05:50]


Qan Donorları Assosiasiyası İctimai Birliyi hər il olduğu kimi bu il də dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban Bayramını irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün təmənnasız qanvermə aksiyaları keçirməklə qeyd etməyi planlaşdırır. Müstəqil İnformasitya Agentliyinin xəbərinə görə, növbəti qanvermə aksiyası 26 noyabr tarixində sakinlərinin sayına görə Bakının ən böyük rayonlarından biri sayılan Nərimanov rayonunda keçiriləcək. Aksiyaya rayon sakinləri ilə bərabər hökumət və qeyri hökumət təşkilatları və tələbələrin də cəlb olunacağı gözlənilir. Birlik aksiya üçün ciddi hazırlıq işləri aparır. Bu hazırlıq işləri çərçivəsində rayon səviyyəsində maarifləndirmə işlərini həyata keçirəcək təlimatlandırılmış könüllülər hazırlanır. Könüllülərin əsas məqsədi aksiyadan əvvəl qanvermənin mahiyyəti və onun vacibliyi haqqında maraqlananlara və gənclərə geniş məlumat verməkdir. Könüllülər üçün ilk təlim 15 noyabr tarixində Avro-Atlantik Mərkəzinin (NATO Məlumat Mərkəzi) Bakı ofisində təşkil olundu. Təlimdə iştirak edən könüllülər qanvermə aksiyası haqqında təfərrüatı ilə məlumatlandırıldılar. Keçirilən təlimdə Nərimanov rayonunun sakini, eyni zamanda Avro-Atlantik Mərkəzinin (NATO Məlumat Mərkəzi) İcraçı Direktoru Qeysər Qurbanov da iştirak edirdi. Qeysər Qurbanov Azərbaycan gəncləri arasında xeyriyyəçilik ilə bağlı fəal və geniş fəaliyyətinə görə fərqlənən gənclərin sırasındadır. Artıq bir dəfə donor olduğunu qeyd edən Qeysər Qurbanov aksiyada fəallığı artırmaq üçün yaxından iştirak edəcəyini və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların qana olan ehtiyaclarının ödənilməsi üçün bu dəfə də bütün gücünü səfərbər edəcəyini bildirdi .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA