AiDP QMi-nin nəzdində ?qaynar xətt?in yaradılmasını istəyir

img

16-11-2009 [04:55]


Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində ?qaynar xətt? yaradılmasını təklif edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AİDP sədri Hacı Tahir Abbaslı məsələnin şifahi şəkildə QMİ sədri Hacı Allahşükür Paşazadənin diqqətinə çatdırıldığını bildirib. Onun sözlərinə görə, Şeyxülislam təklifi bəyənib və dəyərləndirəcəklərini bildirib: ?Biz əvvəlcə ?qaynar xətt?in hər hansı bir təşkilatın nəzdində yaradılmasını təklif etmək istəyirdik. Təbii ki, bu məsələni də müzakirə etmək olar. Amma hesab edirik ki, həm nüfuz, həm dini bilgi, həm də maliyyə baxımından bu prosesi QMİ reallaşdıra bilər?. Təklifin mahiyyəti haqda danışan T.Abbaslı bildirdib ki, insanların hüquq, vergi, səhiyyə, təhsil və s. məsələlərlə bağlı sualları olduğu kimi, dinlə bağlı da sualları meydana çıxır: ?Artıq bir çox sahələrlə bağlı Azərbaycanda ?qaynar xət?lər yaradılıb və insanlar bu xidmətdən geniş şəkildə istifadə edir. Biz islamçı-demokrat olaraq hesab edirik ki, insanların İslam dini ilə bağlı sualları digər sahələrlə bağlı suallardan az deyil. Mənə elə gəlir ki, həm QMİ-nin, həm də ayrı-ayrı məscidlərin nümayəndələri, ilahiyyatçılar insanların qaynar xətlə bağlı sualların həvəslə cavablandırarlar. Elə mən özüm də, partiyanın digər təmsilçiləri də bu işdə dəstək göstərməyə hazırıq?. AİDP sədri QMİ sədrinin bu təklifə müsbət yanaşmaqla bərabər onun reallaşması üçün müəyyən addımlar atacağına inanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA