Azərbaycanda havalar soyuyur; bəzi yerlərdə qar yağacaq

img

16-11-2009 [02:22]


Bakıda və Abşeron yarımadasında yaxın üç gündə qeyri sabit küləkli hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, bu gün paytaxt və Abşeron yarmadasında havanın buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək, gecəyə doğru arabir nisbətən güclənəcək. Havanın temperaturu gündüz 15-17?, axşam 12-14? olacaq. Noyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Lakin axşama doğru qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 10-12?, gündüz 12-14? olacaq. Noyabrın 18-də buludlu, arabir yağmurlu hava proqnozlaşdırılır. Şimal küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 8-11?, gündüz 12-14? olacaq. Noyabrın 19-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında bir qədər mülayimləşəcək. Havanın temperaturu gecə 8-10?, gündüz 11-13? olacaq. Azərbaycanın rayonlarında noyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-13?, gündüz 14-17?, dağlarda gecə 2-4?, gündüz 7-11? olacaq. Noyabrın 18-19-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11?, gündüz 12-16?, dağlarda gecə 1-3?, gündüz 5-10? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA