Misir Mərdanov: ?Ali məktəblərdə ?donuz qripi?nə qarzı dezinfeksiya izlərinə bazlanıb?

img

14-11-2009 [12:54]


?Ali məktəblərdə ?donuz qripi?nə qarşı dezinfeksiya işləri başlayıb. Biz bütün ali məktəblərin ünvanlarını Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim etmişik. Hazırda Bakıdakı ali məktəblərdə dezinfeksiya işləri aparılır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Bakıdakı bütün orta məktəblərin virusa qarşı dezinfeksiya edildiyini deyən nazir onu da qeyd edib ki, bundan sonrakı mərhələdə isə regionlarda yerləşən orta və ali məktəblər dezinfeksiya ediləcək: ?Biz məktəbəqədər təhsil müəssisələrinin dezinfeksiya edilməsi ilə bağlı da müraciət etmişik. Mənə belə gəlir ki, Səhiyyə Nazirliyi plana uyğun şəkildə dezinfeksiya işləri aparacaq. Hələlik təhsil müəssisələrindən bizə ciddi siqnal daxil olmayıb. Bəziləri maraqlanırdı ki, Azərbaycanda virusun qeydə alınması ilə əlaqədar məktəblər bağlanacaq, ya yox? Hazırda orta məktəblərdə bir həftəlik tətildir. Mənə elə gəlir ki, ?donuz qripi? Azərbaycanda ciddi hadisəyə çevrilməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA