Milli Məclisdə Pənah Hüseynlə nazir müavini arasında qalmaqal baz verib

img

13-11-2009 [06:17]


Milli Məclisin bugünkü iclasında millət vəkili Pənah Hüseynlə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov arasında qalmaqal baş verib. Müstəqil İbformasiya Agentliyinin xəbərinə görə, Pənah Hüseynin ünvanlı sosial yardımların mənimsənildiyini deməsi qarşı tərəfin etirazı ilə qarşılanıb. Nazir müavini "Belə bir hal yoxdur. Sadəcə olaraq, Pənah Hüseyn qərəzli mövqe tutur və böhtan atır. Siz böhtanla və demaqogiya ilə məşğulsunuz". Bundan sonra deputatla nazir müavini arasındakı mübahisə daha da qızışıb. O, ayağa qalxaraq İlqar Rəhimovu və onun təmsil etdiyi nazirliyi vətəndaşların pulunu mənimsəməkdə ittiham edib və buna gərə, nazirliyi məhkəməyə verəcəyini vurğulayıb: "?Camaatın pulunu basıb yeyirsiniz. Mən deyirəm ki, dediklərimə görə məni niyə məhkəməyə vermirsiniz. Siz oğrusuz, juliksiz, banditsiz. Mən sizi məhkəməyə verəcəm". MM sədri Oqtay Əsədov mübahisəni sakitləşdirməyə çalışıb: "Buranı bazara çevirmək lazım deyil. Təhqirə keçmə. Sözünü məhkəməyə saxla".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA