DBX iki nazirliklə monitorinqə bazlayır

img

13-11-2009 [03:44]


Noyabrın 16-dan köçəri quşların miqrasiyası nəzərə alınaraq ?quş qripi? ilə əlaqədar monitorinqlərə start veriləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat rəhbəri Yolçu Xanvəli Müstəqil İnformasiya Agentliyinə deyib ki, monitorinqlər DBX, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də ?Ovçular? Cəmiyyəti mütəxəssislərinin iştirakı ilə aparılacaq: ?Monitorinqlər köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı Milli qoruq və parklarda, həmçinin ölkənin dənizsahili zonalarında və digər ərazilərdə həyata keçiriləcək. Bundan əlavə, monitorinqlər zamanı quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur?. Y.Xanvəli deyib ki, monitorinqin nəticələri noyabrın 27-də ictimaiyyətə açıqlanacaq: ?Bir daha əhalinin nəzərinə çatdırırıq ki, quşların miqrasiyası ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanılması, satılması və onlardan qida məhsulu kimi istifadə edilməsi qəti qadağandır. Hazırda ?quş qripi? xəstəliyinə görə ölkəmizdə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün aidiyyatı qurumlarla birlikdə lazımi tədbirlər həyata keçirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA