icra hakimiyyətindən, polis və prokurorluqdan narazılıq; problem beynəlxalq səviyyəyə çıxarıla bilər

img

13-11-2009 [03:01]


Bu gün RATİ-nin ofisində Bakı kəndlərinin Hüquqlarını Müdafiə Komitəsi tərəfindən Nardaran problemləri ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında Bakı kəndlərində hüquqi, sosial, iqtisadi problemlər yaşandığı, kənd sakinlərinin problemlərinə laqeydlik hökm sürdüyü vurğulanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, komitə sədri Rasim Əlizadə bildirib ki, Naradaranda qanunsuzluq, məmur özbaşınalığı, korrupsiya baş alıb gedir: ?Kənd camaatının əldə etdiyi pulları müəyyən vasitələrlə onlardan alırlar. Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsi və Sabunçu rayon Prokurorluğu onlara aid olmayan məsələlərə müdaxilə edir. Nardaranlıların torpaqları qanunsuz yolla sənədləşdirilərək başqa şəxslərə satılır. Naradaran camaatı polis zorakılığına məruz qalır. Bundan əlavə, polis cinayətkarları zərərsizləşdirdiyi halda, əhalinin təhlükəsizliyini təmin etmir. Bütün bu özbaşınalıqlara görə, məsuliyyəti daşıyan Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyevdir. Nəzərinizə çatdırım ki, bütün bu olaylar həmişə seçkiqabağı baş verir. Qarşıdan bələdiyyə seçkiləri gəldiyinə görə, Nardaranda gərginliklər yaradırlar ki, bələdiyyə seçkiləri baş tutmasın və öz saxtakarlıqlarını yenidən həyata keçirsinlər?. Komit sədri bildirib ki, artıq bu özbaşınalıqlarla bağlı kənd sakinləri komitə ilə birlikdə Prezidentə müraciət edib. Onun sözlərinə görə, əgər bu problemlər öz həllini tapmasa, beynəlxalq səviyyəyə qaldırılacaq. Komitənin digər üzvü Ələkbər Məmmədov isə problemlərin nəinki Nardaranda, demək olar ki, Bakının digər kəndlərində də mövcud olmasını bildirib. Onun sözlərinə görə, bütün problemlər həll edilməyincə, mübarizədən geri dönməyəcəklər. Qəsəbə sakini və komitə üzvü Elşad Rüstəmov isə Nardaranda qaz, işıq probloemləri ilə bağlı fikirlərini bildirib: ?Naradarana qaz boruları çəkilsə də, camaata qaz verilmir. Təmir adı ilə işıqlarımızı söndürürlər. Halbuki həmin təmir işlərini yayda da görmək olardı. Əhaliyə qaz, işıq normal verilmədiyi halda pul tələb edirlər. Sayğaclar o vaxt quraşdırıla bilər ki, hər bir evə normal qaz və işıq verilsin. İşsizlik baş alıb gedir. Bundan əlavə, təhsil sahəsində - 295 saylı orta məktəbdə kütləvi şəkildə qanunsuz yolla pul yığılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA