TQDK imtahanlarda yüksək bal toplamız tələbələrlə bağlı tədbir keçirdi

img

13-11-2009 [02:57]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2009-cu ildə ali məktəblərdə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə bağlı tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri M.Abbaszadə bildirib ki, 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatlar ?Abituriyent? jurnalında dərc edilib: ?Bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təbliği və başqa gənclərə nümunə göstərilməsidir. 2009-2010-cu tədris ili üçün respublikamızın ali məktəblərinə keçirilən tələbə qəbulu müsabiqəsində 110 minə yaxın abituriyent iştirak edib. Onlardan 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar ki, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil ediblər. Onlardan 670 nəfəri şəhər, 326 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır?. M.Abbaszadənin sözlərinə görə, 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı Milli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasına (4 nəfər) və Polis Akademiyasına (6 nəfər) daxil olanlar da var: ?Yüksək nəticə göstərənlər 1-ci qrupda (texniki və təbiət elmləri üzrə ixtisaslar) 164, 2-ci qrupda (itisadiyyat üzrə ixtisaslar) 218, 3-cü qrupda (humanitar ixtisaslar) 391, 4-cü qrupda (tibb ixtisasları) 223 nəfərdir. Onu da nəzərinizə çatdırım ki, qəbul imtahanlarında 2 nəfər maksimal nəticə - 700 bal toplayaraq, hər ikisi 3-cü ixtisas qrupunun abituriyentləridir. 4-cü ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olublar. Ənənəvi olaraq, bu il də 600-dən yuxarı bal toplayanlar TQDK-ya dəvət olunub, onlarla təntənəli görüş keçirilib, fikir mübadiləsi aparılıb, rəy və təklifləri dinlənilib, anket sorğuları keçirilib. Ən yüksək nəticə göstərənlər TQDK tərəfindən Prezident təqaüdünə təqdim edilən 102 gəncə Azərbaycan Respublikası Prezidentinin 24.09.2009-cu il tarixli Sərəncamı ilə təqaüd təyin edilib. Onların 29 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 18 nəfəri Bakı Dövlət Universitetinin, 12 nəfəri ?Qafqaz? Universitetinin, 9 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 6 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 2 nəfəri Xəzər Universitetinin, 1 nəfəri isə Naxçıvan Dövlət Universitetinin tələbəsidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA