Komitə sədri ?Azercell?in keçirdiyi oyunlardakı qanun pozuntularından danızdı

img

13-11-2009 [12:17]


?Bizim komitənin fəaliyyət sistemlərindən biri də bu seqmentin tənzimlənməsidir. Qəbul edilmiş qanunvericiliyə görə, Azərbaycanda adi uduşlu lotereyalarla yalnız müvafiq qaydada müəyyən edilmiş orqan məşğul ola bilər. Ölkə başçısının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə verdiyi səlahiyyət çərçivəsində müəyyən etdiyi yeganə orqan ?Azərlotereya? Açıq Səhmdar Cəmiyyətidir. Bundan başqa, digər şirkətlər və ya hüquqi şəxslər öz istehsal etdiklər mal və göstərdikləri xidmətlərinin satışını stimullaşdırmaq üçün müəyyən lotereyalar təşkil edə bilərlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinin əməkdaşının sualına Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanov ?Azercell?in keçirdiyi uduşlu kampaniyanın dayandırılmasına cavab verərkən deyib: ?Qanunvericilikdə stimullaşdırıcı lotereyaların həm xarakteristikası, həmçinin onun həyata keçirilməsi prosedurları və sonradan onların üzərində nəzarət müddəaları müəyyən edilməlidir. ?Azərcell?in də keçirdiyi lotereya ilə bağlı apardığımız monitorinq göstərdi ki, orda stimullaşdırma deyil, adi, stantdart oyun xarakterli lotereya əlamətləri var. Nəticədə biz, adıçəkilən quruma xəbərdarlıq ediləndən sonra lotereya oyununu dayandırdıq. Gələcəkdə bu cür problemlər olarsa, eyni qaydada qərar verəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA