Zərdüzt Əlizadə: ?Türkiyə Amerikanın regiondakı siyasətinin ifaçısıdır?

img

12-11-2009 [03:58]


?Türkiyənin mövqeyi Cənubi Qafqazda xeyli yüksəlib. Rəsmi Ankara Azərbaycanın səmərəsiz siyasətinə son qoyaraq, özü bu regionda müstəqil siyasət yürüdür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyənin Qafqazda mövqeyinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyənin bu siyasəti həm Avropa, həm də Amerika tərəfindən bəyənilir: ?Hətta Ermənistanda Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinə çevrilməsi haqqında çox ciddi söhbətlər gedir. Artıq Rusiyanın özü Türkiyənin hansı qüvvə olduğunu anlayır?. Politoloq onu da bildirib ki, Türkiyənin Qafqazda güclənməsi, onu böyük güclərlə üz-üzə qoymayacaq: ?Türkiyə Amerikanın çox böyük müttəfiqidir. Onların sıx əlaqələri var və mühüm məsələlərdə onlar eyni mövqeyə malikdirlər. Bundan əlavə, Türkiyənin Rusiya təfəfindən tanınmasının həm də bir səbəbi də odur ki, Türkiyə Amerikanın regiondakı siyasətinin ifaçısıdır?. Sərhədlərin açılmasına gəlincə, politoloq bildirib ki, Türkiyə Ermənistanla sərhədlərini açarsa, Azərbaycan ona heç bir narazılıq edə bilməz: ?Azərbaycanın buna etiraz əlaməti olaraq, Rusiyaya meyillənməsi də heç nəyi həll etməyəcək. Rusiyanın özü sərhədlərin açılmasına razıdır. Belə çıxır ki, Azərbaycan tək qalacaq?. Politoloq bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxılaşması oradakı qatı millətçiləri qorxuya salıb: ?Yəni, ermənidə türk təfəkkürünün formalaşması yalnız azərbaycanlının xeyrinə ola bilər. Təəssüf ki, Azərbaycan bunu başa düşə bilmir. Ona görə də Azərbaycanın səbrsizlik nümayiş etdirməsi yalnız özünə zərər verə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA