Prezident Ilham Əliyev Belarusda səfərdədir

img

12-11-2009 [03:56]


Noyabrın 12-də Belarusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə, Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA