iqlim dəyizikliyi müzakirəyə çıxarılıb

img

12-11-2009 [03:47]


Bu gün Media Mərkəzində ?İqlim dəyişikliyi: Azərbaycan buna hazırdırmı? mövzusunda debat keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, debatda çıxış edən jurnalist Mirabbas Məmmədovun fikrincə, iqlim dəyişiklikliyi çox aktual mövzudur: ?Atmosferdə yaranan qazlar nəticəsində iqlim dəyişikliyi ətraf mühitə çox pis təsir göstərir. Bu pis nəticədən əziyyət çəkən isə təbii ki, biz insanlarıq. Ekoloji balansın pozulması kimi hallar dəfələrlə müşahidə olunur. Qeyri-sabit və dəyişkən iqlimin sağlamlığa mənfi təsiri isə insanın həyatına son qoyur?. Debatda iştirak edən ?525-ci qəzet?in müxbiri Rufiq İsmayılov daha ətraflı şərh edərək bildirib ki, iqlim dəyişikliyi yaşadığımız dövrün ən böyük problemlərindəndir: ?İqlim dəyişikliyi sağlamlığın ən vacib ünsürləri olan ərzaq, hava və suya təsir etməklə özünü ən kəskin, xoşgəlməz hallarla büruzə verəcək. Bu günə kimi iqlim dəyişikliyinə həssas olan ishal, malyariya və zülal-enerji çatışmazlığı kimi xəstəliklər artıq 3 milyondan çox insanın ölümünə səbəb olub. Ancaq bu rəqəmlər heç də dünyanın geniş ərazilərində iqlim dəyişikliyinin ərzaq məhsullarına və içməli suya vura biləcəyi dolayı və sarsıdıcı ziyanı əks etdirmir. Bütün insanlar iqlim dəyişikliyinə qarşı həssasdırlar, lakin onların içərisində ilk və ən çox zərbə alan isə az təminatlılardır?. R.İsmayılov qlobal istiləşmənin tarixi və beynəlxalq önləmələri haqqında məruzə edərkən, deyib ki, qlobal istiləşmənin tarixi və beynəlxalq önləmələr cəmiyyəti maraqlandıran, son 20 il ərzində artmağa başlayan bir məsələdir: ?Atmosferdəki CO2 təcrübəsinin dəyişməsi ilə bağlı olaraq, iqlimin dəyişmə bilgisi ilk dəfə 1896-cı ildə Nobel mükafatı sahibi isveçli S.Arrhenius tərəfindən nəzərdə tutulub. Ancaq, ilk dəfə 1979-cu ildə Dünya Metrologiya Tşkilatı (WMO) liderliyində ?Birinci Dünya İqlim Konfransı? təşkil edilib. Həmin ilk ciddi konfrans, 5-12 iyun 1992-ci il tarixindəki Rio Bəyannaməsi nümayiş olunub. Birləşmiş Millətlər və Avropa Birliyi ölkələrinin də içində olduğu 184 ölkənin tərəf olduğu BMİDÇM 21 mart 1994-cü il tarixində qüvvəyə minib. Rio Bəyannaməsi sonrasında imzalanan digər bir əhəmiyyətli sənəd də 1997 Kyoto Protokoludur. Bu protokola görə, tərəf ölkələr insan qaynaqlı CO2 və o biri istixana qazının 2008-2012 dövründə 1990 səviyyələrinin enərək 5%-e endiriləcək. Avropa Birliyi həm üzv olaraq, həm də tək-tək üzv ölkələr baxımından 8%-lik azaltma öhtəçiliyi alınıb. Həmin bu protokolda Amerika Birləşmiş Ştatlarının təyin olunmuş azaltma öhtəçiliyi isə 7% təşkil edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA