Gənclər ?Azərbaycan Konstitusiyası ? 14 il? mövzusunda konfrans keçirdi

img

12-11-2009 [03:42]


;n Gənclər üçün Təhsil Mərkəzində ?Azərbaycan Konstitusiyası ? 14 il? mövzusunda konfrans keçirilib. Tədbirə qatılan elm işçiləri, hüquqşünaslar, QHT və KİV nümayəndələri 1995-ci ildə qəbul olunmuş konstitusiyanın Azərbaycan tarixində yeni səhifə açdığını, vətəndaş cəmiyyətinin quruculuğu işində ən uğurlu addım olduğunu bildiriblər. Bu gün əksər vətəndaşların konstitusiya və onun cəmiyyətdəki rolundan xəbərsiz olduğunu vurğulayan tədbir iştirakçıları ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd ediblər. Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev Azərbaycan Konstitusiyası barədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və digər maarifləndirici tədbirlərə ehtiyac olduğunu xüsusi qeyd edib. O, hər bir azərbaycanlının həm Qurani-Kərimi, həm də konstitusiyanı mükəmməl bilməsini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA