Hüquq müdafiəçiləri etiraz bəyanatı hazırlayır

img

12-11-2009 [02:22]


Hüquq müdafiəçiləri gənc bloggerlər ? Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz olaraq bəyənatla çıxış edəcəklər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, məhkəmənin hökmü ədalətsizdir. Onun sözlərinə görə, sabah monitorinq qrupunun adından bəyanat veriləcək: ?Biz çox hiddətlənmişik. Bir anlıq təsəvvür edək ki, gənclərin davranışında kimlərinsə xoşuna gəlməyən məqamlar olub. Amma bağışlamaq böyüklük əlamətidir. Onları əfv etmək böyüklərin borcudur. Biz düşünürdük ki, onlar azadlığa buraxılacaqlar. Amma onları 3 ilə yaxın müddətdə cəmiyyətdən təcrid etmək yolverilməzdir. Bundan çox təəssüflənirik?. Ç.Qənizadə bildirib ki, mövzuyla əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıqlarını davam etdirəcəklər: ?Xüsusilə beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bir hüquq müdafiəçisi kimi bildirirəm ki, bu həbs Azərbaycanın həm imicinə xələl gətirəcək, həm də beynəlxalq təşkilatların dayanmadan bu məsələylə bağlı bəyanatlarının şahidi olacayıq. Hər şeyə rəğmən, mənim belə bir inamım var ki, Emin Milli də, Adnan Hacızadə də yaxın vaxtlarda azad olunacaqlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA