Eyyub Hüseynov: ?Şadlıq saraylarını lisenziyalazdırmaq və sertifikatlazdırmaq lazımdır?

img

12-11-2009 [01:26]


?Əksər hallarda şadlıq evlərində toyqabağı mükkəməl, professional və yüksək səviyyədə olan məhsullar təklif olunsa da, sonu heç də belə nəticələnmir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. E.Hüseynovun fikrincə, ?Donuz qripi?nin tuğyan etdiyi bir zamanda şadlıq saraylarındakı özbaşnalıq heç də yaxşı hal deyil: ?Şadlıq saraylarında insanlar sıx münasibətdə ünsiyyət qururlar. Bir-biri ilə ünsiyyətin qurulması, asqırma və öksürmə halları zamanı ?Donuz qripi?nin yayılmasına daha böyük ehtimal yaranır. Yeməklərə gəldikdə isə köhnə və saxta məhsullardan hazırlanan yeməklərin qonaqlara təqdim olunması faktları danılmazdı. Toyda səslənən musiqilərin isə həddindən artıq yüksək səs tembri ilə qonaqları toyu tez tərk etməyə vadar edir. Mənim fikrimcə, şadlıq saraylarını lisenziyalaşdırmaq və sertifikatlaşdırmaq lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA