Sabiq hərbi komissar Əliağa Hüseynov Salyan rayonu icra hakimiyyətinin bazçısı təyin edilib

img

12-11-2009 [12:37]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 noyabr 2009-cu il tarixli sərəncamına əsasən Əliağa İzzət oğlu Hüseynov Salyan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Prezidentin digər sərəncamı ilə Rasim Cavad oğlu Bəşirov Salyan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, iki gün öncə prezident İlham Əliyev general-leytenant Əliağa İzzət oğlu Hüseynovun Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Ə.Hüseynov ?Hərbi xidmətkeçmə haqqında? Əsasnamənin 156-cı maddəsinin ?b? bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA