Azərbaycan prezidenti ilham Əliyev Minskdədir

img

12-11-2009 [12:35]


baycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri başlayıb. Azərbaycanın dövlət başçısının gəlişi ilə əlaqədar hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Milli geyimli qızlar prezident İlham Əliyevə duz-çörək və gül dəstəsi təqdim ediblər. Azərbaycan rrezidentini Belarus Respublikasının Baş naziri Sergey Sidorski və digər rəsmi şəxslər qarşılayıblar. Belarus Xarici İşlər Nazirliyinin məlumatına görə, Minskə səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ?Qələbə? Meydanında ?Qələbə? abidəsi önünə əklil qoyacaq. Səfər çərçivəsində İ. Əliyev Belarus rəhbərliyi ilə danışıqlar aparacaq, Belarus Dövlət Universitetinin müəllim və tələbə heyəti qarşısında çıxış edəcək. Prezidentin səfəri noyabrın 13-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA