AiB sədri regionlarda səhiyyə strukturlarının fəaliyyənin mənfi qiymətləndirib

img

11-11-2009 [02:41]


Bu gün ?Ria Novosti? agentliyində ?Donuz qripi? ilə əlaqədar olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirin əsas mövzusu ?Donuz qrupi? nə qarşı mübarizə, ondan özümüzü necə qorumaq və bu istiqamətdə aparılan tədbirlər olub. E.Hüseynov bildirib ki, ?Donuz qripi? birbaşa istehlakçı ilə bağlı bir problemdir: ?Hər gün Azad İstehlakçılar Birliyinə zənglər daxil olur ki, maskalar nə dərəcədə qoruyur? ?Donuz qripi? nədən keçə bilər, dövlət hansı işləri aparır, regionlarda vəziyyət nə yerdədir? Nəzərinizə çatdırım ki, Azad İstehlakçılar Birliyinin 012 441-28-33 nömrəsi həmişə aktivdir. Azad İstehlakçılar Birliyinə 30 regional təşkilatından sorğular gəlir. Sorğular əsasən maskalarla bağlı problemlərdir. Bu problem maska biznesi ilə məşğul olan insanlar üçün bir gəlir mənbəyinə çevrilib. Apteklərdə maskaların olmaması, sonra onu gizlin yolla satılmasına şamil edilir. Azad İstehlakçılar Birliyinin sədri olaraq bir çox ucqar kənd yerlərində Hacıqabul, Salyan, Sabirabad, Saatlı və Neftçala olub, onların yaşayış yerləri ilə tanış olmuşam. Qazın, işığın olmadığı bir yerdə yaşamaq özü bir xəstəlikdir. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, rayon və ucqar kəndələrimizdə profilaktik işlər görülmür. Səhiyyə orqanların əməkdaşları həmin ərazilərə getmirlər. Demək olar ki, kiminsə yüksək qızdırma ilə gəlməsini gözləyirlər. Mənim fikrimcə, Səhiyyə strukturları bu sahədə çox fəal işləməlidirlər. Son 8 ildə Səhiyyə orqanlarının bu sahədə fəaliyyəti qanunlar səviyyəsində xeyli zəiflədilib. Onların yoxlama funksiyaları əllərindən alınıb. Gigiyena orqanlarının səlahiyyətləri artırılmalıdır. Bununla bağlı daha çox tədbirlər görülməlidir. İstehlakçılar panikaya düşməməlidirlər, Azərbaycanda elə bir ciddi problem yoxdur?. E.Hüseynov şadlıq saraylarında aparılan işlərədə nəzər salaraq bildirb ki, şadlıq sarayları ictimaiyyətin çox olduğu bir yerdir: ?Şadlıq saraylarında demək olar ki, heç olmasa 300 yaxın insan yığışır. Bu xəstəlik də hava damcı yolu ilə yayılır. Azərbaycanın şadlıq evlərində bu məsələ ilə bağlı ciddi problemlər yaşanır. İstehlakçıların hüquqlarının bütün koordinatlar üzrə pozulması gedir. Təhlükəli, saxta içkilərin və malların olduğu bir yerdir. Şadlıq evləri bununla bağlı ayrıca bir hal kimi baxılmalıdır. Şadlıq evlərinin sertifikatlaşdırılması və lizensiyalaşdırılması daha doğru bir addım olardı. Şadlıq evlərinə müəyyən standartlar tətbiq olmalıdır. Çox təəssüf ki, Azərbaycanda standarlaşdırma səviyyəsinə görə çox geri qalıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA