Emin Milli və Adnan Hacızadə azadlıqdan məhrum edildilər

img

11-11-2009 [01:29]


Bu gün Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi fəal gənclər Emin Milli və Adnan Hacızadənin barəsində başlanan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmünə görə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, E.Milli və A.Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı ?Lebanese? restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA