Deputat Nazim Məmmədovun mazın istəyi Oqtay Əsədovu hiddətləndirdi

img

10-11-2009 [05:33]


Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən dutat Nazim Məmmədovun səsləndirdiyi fikirlər spiker Oqtay Əsədovu hiddətləndirib. Müstəqil İnformasiya Agentliyinin sözlərinə görə, N.Məmmədov deputatlara avtomobil verilməsi və deputatların maddi durumunun yaxşılaşdırılmasının vacib olduğunu vurtulayıb. Millət vəkilləri qeyd etdiklərinin 2010-cu il dövlət büdcəsi layihəsində nəzərə alınmasını istəyib: ?Dövlət müəssisələrində çalışan şəxslərə maaşdan əlavə vəsaitlərin verilməsinin nəzərdə tutulub. Hesab edirəm ki, millət vəkillərinə də belə bir imkan verilməlidir?. Millət vəkilinin bu təklifindən hiddətlənən O.Əsədov ?Parlamentə dövlət tərəfindən hər cür yardım edilir. Bu nədir yenə maşın söhbəti salmısınız? MDB ölkələri arasında bir dövlətdən başqa heç birində deputatlara avtomobil verilmir. Biz burada büdcədən danışırıq, siz isə maşından danışırsınız. Bu cür təkliflərə gərək yoxdur. Lazım olan bütün şərait yaradılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA