Şadlıq evlərində dizenfeksiya izləri bazlanıb

img

10-11-2009 [02:50]


Əhalinin kütləvi şəkildə toplaşdığı bütün yerlər ?donuz qripi? ilə əlaqədar dezinfeksiya olunacaq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Müstəqil İnformasiya Agentliyinə deyib ki, dezinfeksiya işləri növbəylə, planlı şəkildə aparılır: ?Növbəylə bazarlar, ticarət müəssisələri, teatrlar, digər mədəniyyət ocaqları və başqa obyektlər də dezinfeksiya olunacaq. Hazırda şadlıq evləri və restoranlar dezinfekiya olunur?. Z.Kazımov deyib ki, dünən Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı Beynəlxalq Avtovağzalında dezinfeksiya işləri aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA