üç restoranın bağlanması haqda qərar çıxarılacaq

img

10-11-2009 [02:14]


?Donuz qripi? ilə əlaqədar olaraq ictimai iaşə müəssisələrində aparılan monitorinqlərin vaxtı uzadılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, monitorinqlər noyabr ayının sonunadək davam etdiriləcək: ?Aparılan dezinfeksiya işləri ilə əlaqədar olaraq, başımız qarışıb. Diqqəti daha çox bu işə ayrırıq. Lakin monitorinqlər davam etdirilir. Nərimanov rayonunda ?Aydınlıq?, Nəsimi rayonundakı ?Aqua park? ərazisində yerləşən bir restoran haqda və Nizami rayonunda ?Ak deniz? restoranının bağlanması haqda qərar çıxarılacaq. Monitorinqlər yekunlaşdıqdan sonra ticarət müəssisələrində yoxlamalara start veriləcək?. İ.Abdullayev deyib ki, hazırda un məhsulları üzərində laborator müayinlər aparılar: ?Əsasən çörəyin təhlükəsizlik göstəriciləri araşdırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA