?Donuz qripi?nə qarzı maarifləndirmə izləri qənaətbəxz deyil

img

10-11-2009 [01:44]


?ELS? Müstəqil Araşdırmalar Mərkəzi əhalinin yolxucu xəstəliklər, ilk növbədə mövsümü və ?donuz qripi? kimi tanınan H1N1 virusu ilə bağlı nə dərəcədə məlumatlı olmalarının müəyyənləşdirilməsi məqsədilə araşdırmaları davam edərək, oktyabr ayının 20-25 tarixlərində növbəti telefon sorğusunu keçirib. Müstəqil İnformasiya Agentlyinin xəbərinə gəörə, sorğu zamanı 420 Bakı sakininin qripə və profilaktik tədbirlərə dair məlumatlılığı qiymətləndirilib. Respondentlərin 48,1 faizi kişi, 51,9 faizini isə qadın olub. Respondentlərin yaş kateqoriyaları üzrə paylanmaları aşağıdakı kimidir: 1,4 faiz - 18 yaşdan aşağı, 31,4 faizi 18-29 yaş, 24,0 faizi 30-39 yaş, 19,8 faizi 40-49 yaş, 17,5 faizi 50-64 yaş, 5,9 faizi isə 64 yaşdan yuxarı. Soruşulanların 2,7 faizi natamam orta, 38,2 faizi tam orta, 9,8 faizi orta ixtisas, 5,6 faizi natamam ali, 42,9 faizi ali, 0,8 faizi isə elmi dərəcəli olub. Keçirilmiş sorğuda qeyd edilib ki, respondentlərin yalnız 65,4 faizi virus haqda məlumatlıdırlar: ?Qoruyucu vasitələri qeyd edən respondentlər ilk növbədə artıq dünyada geniş tətbiq edilən tənzif maskalarını göstərərək ?Əgər hamı geyinərsə, mən də ağız-burnumu maska ilə örtərəm?,- deyiblər. Son günlərdə paytaxtımızın küçələrində artıq ağızları maskalanmışlar əsasən məktəblilərdir. Bundan əlavə, qripə yoluxma təhlükəsini azaltmaq məqsədilə həll olunası məsələləri sadalayan respondentlər maarifləndirici verilişlər, reklamlar və profilaktiki tədbirlərə dair qısa məzmunlu, sadə dillə yazılmış informasiya vərəqələrin kifayət dərəcədə olmaması (62,1 faiz) və digər tədbirlərin bu günədək lazımi səviyyədə həll olunmadığını qeyd ediblər. H1N1 əhali tərəfindən artıq daha çox xaricdə yer almış bir əcnəbi virusu kimi qəbul edilməsə də, hələ ki ölkəmizə bir ciddi təhlükə kimi də qəbul edilmir. Sorğu zamanı respondentlər ölkəyə gələnlərin müayinəsinin təşkilinin vəziyyətindən narazılıq edərək, çox sayda misallar gətirmişlər ki, hava limanı, quru sərhəd keçidlərində xüsusi tibbi nəzarəti müşahidə edilməyib. Belə vəziyyətdə aidiyyatı qurumların gördüyü işlər və sərhəddə təşkil olunmuş nəzarət sistemi barədə daha geniş məlumatın verilməsinə nail olmaq üçün əlavə üsullardan istifadə etmək məqsədəuyğun ola bilər?. Mərkəzin apardığı araşdırmalar zamanı paytaxt apteklərində maskaların satışının son iki həftə ərzində xeyli artmasını aşkarlanıb: ?Sorğu apardığımız vaxtda 20 aptekin yarısından çoxunda (17 aptekdə) maskaların qurtardığı və bəlkə sabah gətiriləcəyi barədə məlumat verildi. Bundan başqa, maskaların qiyməyinin artımı üzə çıxıb. Belə ki, əvvəllər 10 qəpiyə satılan maskalar artıq 40 qəpik və daha baha satılır. Mütəxəssislərin iki saatdan sonra maskaların artıq infeksiya mənbəsinə çevrilməsi və bu səbəbdən gün ərzində iki-üç dəfə maskanın dəyişdirilməsini məsləhət görürlər. Lakin qoruyucu vasitələr sırasında yalnız maskalardan danışmaq düzgün deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, 18 sentyabr 2008-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş reseptsiz buraxılan dərman vasitələrinin siyahısında iki ?Oksolin? və ?Tetraksolin? virusəleyhinə intranazal burun məlhəmi göstərilmişdir ki, bunların hər gün burun dəliklərinə çəkilməsi yoluxma ehtimalını yoxa endirir. Rusiyada istehsal olunan bu məlhəmlərin ölkəyə gətirilməsində vaxtı ilə olan problemlərin təkrar olunmaması, ölkəyə lazımi miqdarda gətirilməsi, təbliği məsələləri bu gün aktualdır. Bu məlhəmlərin yerli istehsalının təşkili isə xaricdən gətirilən dərmanların təchizatından asılı olmamağa imkan yarada bilər. Misal üçün, 40-50 qəpiyə satılan ?Oksolin? məlhəmi artıq 1 manat 50 qəpiyə satışa buraxılmışdır və maskalar kimi defisitə çevrilmişdir. Hələlik isə, noyabr ayının doqquzunda paytaxt apteklərində qiyməti artıq bəzi yerlərdə 1 manata çatan maskaların və ?Oksolin? məlhəmi satışda tapılmır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA