11-17 noyabr tarixləri ?Tələbə həftəsi? elan edilib

img

10-11-2009 [01:09]


Azərbaycan Tələbələr Birliyi qarşıdan gələn 17 noyabr-Beynəlxalq Tələbə günü ilə əlaqədar olaraq 11-17 noyabr tarixlərini ?Tələbə həftəsi? elan edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Tələbə həftəsi? Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Həftə çərçivəsində müxtəlif fəaliyyətlər nəzərdə tutulub. Fəaliyyətlərə misal olaraq Azərbaycanın tanınmış ziyalıları ilə görüşləri, müxtəlif mövzuda təşkil ediləcək dəyirmi masaları, seminarları, konsert və s. göstərmək olar. ?Tələbə həftəsi?nin həyata keçirilməsində Azərbaycan Tələbələr Birliyi tələbələrin, KİV-lərin, universitetlərin aktiv iştirakına ümid edir. Birlik gələcəkdə belə həftələrin keçirilməsinin daha da intensivləşdirməsini planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA