Partiya sədri intihar hallarının artma səbəblərini arazdırıb

img

10-11-2009 [11:59]


?Ölkəmizdə intihar hallarının artması bütün cəmiyyəti, xüsusilə də dövlətin müvafiq qurumlarını ciddi şəkildə narahat etməlidir. İntihar halı baş verən ailənin və yaşayış məntəqəsinin ağsaqqları bu məsələni araşdırmalıdırlar, növbəti belə bir halın baş verməməsi üçün həmin ailənin problemərini öyrənməlidirlər. Eyni zamanda dövlət qurumları da cinayət işi açmaqla bərabər məsələni digər parametrlər üzrə, şəxsin və ailənin üzləşdiyi problemlərdən dolayı tədqiq etməlidir. Hesab edirəm ki, belə olarsa ölkəmizdə baş verən intihar hallarının artmasının qarşısını müəyyən qədər almaq olar?. Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı son günlər ölkəmizdə bir-birinin ardınca baş verən intihar hallarına münasibət bildirərkən deyib. Onun fikrincə, bu hal bir sıra problemlərdən qaynaqlanır. AİDP sədrinin sözlərinə görə ölkəmizdə aparılan daxili və xarici siyasət vətəndaşların əməl və fikirlərinin hərəkətsizliyi, toqquşması, ixtilafların həll yolunun tapılmaması kimi amillərlə müşaiyət olunur: ?Cəmiyyətdə kəskin təbəqələşmə gedir. Bir təbəqə digəri ilə ayaqlaşa bilmir. Üstəlik ölkəmiz siyasi, iqtisadi, sosial və mənəvi cəhətdən uğursuzluqlarla üzləşir. Bu isə vətəndaşlarımızın fikir, düşüncə baxımından yüksək məqamlara çatmasına imkan vermir. Digər tərəfdən insanlar dindən, qurandan peyğəmbər və əhli beyt yolundan uzaq düşüb. Hesab edirəm ki, bütün bu sadaladıqlarım insanların müəyyən problemlər qarşısında aciz qalaraq intihara əl atması ilə nəticələnir?. T.Abbaslının fikrincə, müxtəlif yaş təbəqələrindən olan insanların intihara əl atmasınının kökündə qanunları icra edənlərin yol verdikləri səhvlər də durur: ?Qanun müstəvisində tərəfkeşlik, rüşvət, bundan başqa ailə məişət pozğunluğu, nəzarətsizlik, ailə qurarkən uzaqgörənliyin olmaması da bu məsələdə rol oynayır?. AİDP sədrinin sözlərinə görə, bəzi telekanalların mənəviyyatı bir kənara qoyub şouya və əyləncəyə üstünlük verməsi də insanların daxili dünyasında ciddi problemlər əmələ gətirib: ?Hesab edirəm ki, telekanallar şou ilə deyil, evlərə daha çox mənəvi problemləri və onların həllini özündə əks etdirən verilişlərlə girməlidir. İslamçı demokratlar olaraq təklif edirik ki, teleknallar bu məsələyə diqqət yetirməlidirlər: ?Ümid edirik ki, Şeyxülislam hacı Allahşükür Paşazadə bizim bu təklifimizi dəstəkləyib telekanallarda İslam dini, əxlaq-mənəviyyatına həsr olunan verilişlərin də açılmasına cəhd göstərəcək. Digər tədbirlər də keçirmək mümkündür. Hesab edirik ki, hökumət əlini-əlinin üzərinə qoyub ölənlərin sayının artmasını gözləməməlidir. Tədbiirlər həyata keçirməlidir. Cəmiyyətlə dindarlarla arasında fikir mübadiləsi yaratmaq lazımdır. Dindarlara imkan yaradılmalıdır dözümsüz insanlara öz tövsiyələrini versinlər, onların suallarını cavablandırsınlar. Bizim bəzi telekanallar isə əksinə fala baxma verilişlərinə üstünlük verirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA