Ramil Usubov baz redaktoru tutdurmaq istəyir

img

09-11-2009 [04:13]


Daxili İşlər naziri Ramil Usubovun ?Femida 007? qəzetinin redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi noyabrın 13-ü saat 5-ə təxirə salınıb. Noyabrın 9-da Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bu qərar qəbul olunub. Daxili İşlər naziri Ramil Usubov Ə.Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsiylə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb. Nazirliyin nümayəndəsi Əlirza Həbilovun dediyinə görə, R.Usubov hesab edir ki, Ə.Kərimovun ?Azadlıq? və ?Femida 007? qəzetlərində dərc etdirdiyi məqalələrdə nazirə və nazirliyin şəxsi heyətinə qarşı təhqirlər var. Cənab Usubov jurnalistin həbsini istəyir. Ə.Kərimov isə deyir ki, onun yazılarında təhqir olmayıb və özünü müdafiə etməyə hazırdır. Baş redaktorun sözlərinə görə, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin tutulmasıyla nəticələnən ?Qara kəmər? əməliyyatından sonra nazirlik haqqında tənqidi yazılar yazmağa başlayıb, ancaq bu yazıların hansısa birində təhqir elementinin olduğunu düşünmür. Azadlıq radiosu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA